"Xəzər Lənkəran" Azərbaycana qayıtdı

"Xəzər Lənkəran" Azərbaycana qayıtdı

Antalyada təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" bu gün səhər tezdən Azərbaycana qayıdıb. Siasport.az saytının məlumatına görə, Bakıda Modern otelində məskunlaşan komandaya birgünlük istirahət verilib. Sabah isə "Xəzər Lənkəran" tam tərkibdə doğma diyara yollanaraq orada "İnter"lə fevralın 11-də keçiriləcək oyuna hazırlığını davam edəcək. Komandanın gündə 2 dəfə məşq keçəcəyi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə