Berti Foqts: "Bəzi futbolçular üçün son şansdır"

Berti Foqts: "Bəzi futbolçular üçün son şansdır"

Bu gün Dubay şəhərindəki "Movenpick" otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Siasport.az saytının məəlumatına görə, mütəxəssis məşqlər barədə danışıb: "Lixtenşteyn yığması ilə yoldaşlıq oyununa marağın yüksək olması sevindiricidir. Mətbuatın futbola belə diqqət ayırlması müsbət haldır.

Futbolçuların həvəslə məşq etməsi məni sevindirir. Bir neçə təcrübəli futbolçu təlim-məşq toplanışına cəlb olunmayıb. Onların əvəzinə gənc oyunçularla gəlmişik. Bu da rəqabətin artmasından xəbər verir.

Martda bizi iki çətin oyun gözləyir. Ona görə də millinin tərkibi geniş olmalıdır. Bu təlim-məşq toplanışı bəzi futbolçular üçün son şansdır. Bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm. Futbolçu üçün iki məqsəd var: Oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq. Bu iki amili dərk etsələr, inkişaf olacaq. Sevindirici haldır ki, bu gün milliyə gənc futbolçular dəvət olunurlar. Bu, aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə