Sərbəst güləşçilər Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaq

Sərbəst güləşçilər Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaq

9-10 fevral 2013-cü il tarixdə Türkiyənin Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə öz qüvvələrini sınayacaq. Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev, Əhmədnəbi Qvrazatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Hacımurad Ömərov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.

Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə