"Qarabağ" klubu artıq Bakıdadır. Siasport.az saytının məlumatına görə, komanda 26 günlük hazırlığı başa vuraraq Antalya - İstanbul - Bakı reysi ilə Vətənə qayıdıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün komandaya istirahət verib. Sabahdan etibarən isə Ağdam təmsilçisi bazar günü, Premyer Liqanın XIX turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarına start verəcək.
Komanda sabah saat 12:00-da yığışacaq və məşqə yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB