"Kəpəz" klubunun "Dalğa Arena"da Sumqayıtın eyniadlı təmsilçisi ilə keçirdiyi yoldaşlıq matçını Gəncə təmsilçisinin prezidenti Elmir Əliyev də izləyib. Siasport.az saytının məlumatına görə, klub prezidenti 90 dəqiqə boyunca oyuna VİP-dən yox, açıq tribunadan baxıb. Elmir Əliyevin yanında Türkmənistanda fəaliyyət göstərən Azərbaycan diasporasının sədri Vidadi Sadıxov da əyləşərək, matça tamaşa edib. Əslən Gəncədən olan V. Sadıxov "Kəpəz"in sadiq azarkeşlərindəndir. O, vətəndə olduğu müddətdə daim klubla yaxından maraqlanıb, oyunlarla yanaşı, məşq proseslərini də izləyib.
Klubun prezidenti və diaspora sədri "Kəpəz" - "Sumqayıt" oyunundan sonra komandanın Mərdəkan qəsəbəsində qaldığı məkana gəlməklə, futbolçular və məşqçilər korpusu ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB