Mario Balotelli "Milan"da uğurla başladı

Mario Balotelli "Milan"da uğurla başladı

"Mançester Siti"dən "Milan"a transfer olan Mario Balotelli, elə ilk qarşılaşmadaca "Napoli"nin qapısına 2 qol vuraraq, yeni komandasındakı futbol koryerasına uğurla start verib. Siasport.az saytı xəbər verir ki, ilk qarşılaşmadaca göstərdiyi oyun üslubu və yüksək texnika M.Balotellinin yaxın vaxtlarda "Milan"ın əsas qol silahına çevriləcəyindən xəbər verir. Maraqlıdır ki, M.Balotelli artıq "Milan" azarkeşlərinin də sevimlisinə çevrilib. "Napoli"də vurduğu qollardan sonra yerli azarkeşlər onun şərəfinə şüarlar səsləndirməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə