“Toplanış plana uyğun davam edir"

“Toplanış plana uyğun davam edir"

Azərbaycan millisinin futbolçusu Rasim Ramaldanov açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, Dubayda keçirilən məşqlər barədə danışıb: "Toplanış plana uyğun davam edir. Gündə iki dəfə məşq keçirik. Hazırlıq çərçivəsində artıq yoxlama oyunu keçirmişik. Özbəkistan milli komandası ilə qolsuz heç-heçə oynadıq. Pis nəticə olmadığını düşünürəm. Qarşıda bizi Lixteynşteyn millisi ilə oyun gözləyir. Çalışacağıq ki, həmin oyunda qələbə qazanaq".

Bütün xəbərlər Facebook səhifəmizdə