"İnter" rəhbərliyi görüş keçirib

"İnter" rəhbərliyi görüş keçirib

Bakı "İnter"inin rəhbərliyi Türkiyə toplanışının nəticələrinə dair yekun görüş keçirib. Siasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Kaxaber Tsxadadze toplanışın yekunları barədə qısa məruzə edib, 24 gün davam edən toplanış ərzində böyük iş görüldüyünü diqqətə çatdırıb. Toplanış çərçivəsində keçirilən yoxlama matçlarında nümayiş etdirilən komanda oyununa görə hər bir futbolçuya minnətdarlığını bildirən gürcüstanlı mütəxəssis əlavə edib ki, komandanın qarşısında böyük hədəflər dayanır və "İnter"in hər bir üzvü bu məqsədə doğru can atmalıdır. Komandanın direktoru Natiq Məmmədov toplanışın uğurla başa çatdığını vurğulayıb və Premyer Liqanın ikinci hissəsində keçiriləcək qarşılaşmalarda məşqçilər korpusuyla yanaşı, hər bir futbolçuya müvəffəqiyyətlər arzulayıb.

Əlavə edək ki, "İnter" komandası "Şəfa" stadionunda fevralın 6-da toplaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə