"Neftçi" - "Hancjou" (4:4) matçından sonra flaqmanın baş məşqçisi Böyükağa Hacıyev oyunla bağlı açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, gənclərin yaxşı oynadıqlarını qeyd edib: "Bu qarşılaşma ilə Antalya hazırlığına yekun vurduq. İstər fiziki,istərsə də taktiki baxımdan çempionata tam hazırıq. Çin klubu ilə qarşılaşmada heyətin bütün üzvlərinə şans verdik. Sevindirici haldır ki, gənclər də özlərini yaxşı tərəfdən göstərə bildi. Görüşün gedişatı da göstərdi ki, komanda bir sıra komponentlərdə irəliləyişə nail olub. Bu hazırlığın faydasını çempionat oyunlarında görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB