Məşhur boksçu ölüm ayağnda

Əfsanəvi boksçu Məhəmməd Əli ölüm ayağındadır. Siasport.az saytının məlumatına görə, bu haqda onun qardaşı Rəhman Əli İngiltərənin "The Sun" qəzetinə bildirib. Onun sözlərinə görə, Məhəmməd Əli artıq hətta doğmalarını da tanımır.

O, 71 yaşlı Əlinin belə ağır duruma düşməsinə çoxdandır düçar olduğu Parkinson xəstəliyinin yox, 26 illik həyat yoldaşı Lonninin səbəb olduğunu deyib: "Lonni qardaşımızı bizdən ayırıb. Ona baxmır. Məhəmməd nələr baş verdiyinin fərqində olsaydı, çox hirslənərdi. Qardaşımız danışa bilmir, bizi belə tanımır. Yataq xəstəsidir. Ömrü bir neçə ay da sürə bilər, bir neçə gün də. Bilmirəm, yaza qədər yaşayacaqmı, ya yox. Taleyi Tanrının əlindədir. Ümid edirəm ki, ağrı çəkmədən bizim aramızdan gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə