"Təşəbbüsü əldən verdik"

"Neftçi"-"Hançjou" matçından sonra Çin klubunun baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, 2010-cu ildə keçirilmiş dünya çempionatında Yaponiya millisini 1/16 final mərhələsinə qədər aparmaqla tanınan Takeşi Okada qarşılaşma barədə bunları deyib: "Bütün futbolçuları sınamaq üçün 3 hissəli matç oynadıq. Bu görüşdən əvvəl rəqib haqqında maraqlanmışdım və bilirdim ki, çempion olmaqla yanaşı, bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıblar. İlk hissədə komandamız pis təsir bağışlamadı, amma getdikcə təşəbbüsü əldən verdik. Hiss olunurdu ki, rəqib fiziki cəhətdən daha hazırlıqlıdır. Bir sıra çatışmayan cəhətlərimizi gördük. Bunları aradan qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə