"Neftçi" Çin klubuna 4 qol vurdu

"Neftçi" Çin klubuna 4 qol vurdu

"Neftçi" PFK Antalya hazırlığı çərçivəsində son yoxlama matçını keçirib. Siasport.az saytının məlumatına görə, komanda Çin Super Liqasında çıxış edən "Hançjou" klubu ilə qarşılaşıb. Tam heyəti yoxlamaq məqsədilə əvvəlcədən matçın 3 hissə oynanılması razılaşdırılıb. 4-4 hesabı ilə bitmiş görüşdə Flavinyo və Araz Abdullayev hərəyə iki dəfə fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə