Azərbaycan idmançıları İstanbulda 12 ölkədən 120 güləşçinin iştirakı ilə keçirilən yunan-Roma güləşi üzrə 31-ci Beynəlxalq Vəhbi Əmrə turnirində 1 qızıl və 2 bürünc medal qazanıblar. Siasport.az saytının məlumatına görə, turnirin ilk günü 66 kiloqram çəki dərəcəsində iranlı Məhəmməd Kərimini məğlub edən azərbaycanlı Rəsul Çunayev qızıl medal qazanıb. Həmin çəki dərəcəsində ölkəmizi təmsil edən Vitali Rəhimov turniri bürünc medalla başa vurub.
Digər güləşçimiz – 74 kiloqram çəki dərəcəsində yarışan Niyaməddin İbrahimov Rusiya Federasiyasını təmsil edən Qarik Babayanı məğlub edərək bürünc medala sahib olub.
Turnirdə komanda hesabında Türkiyə birinci, Rusiya Federasiyası isə ikinci yeri tutub. Azərbaycan yığma komandası turniri beşinci yerdə başa vurub.
Görüşlərin idarə olunmasında həmyerlimiz beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB