Berti Foqtsun yetirmləri özbəklərlə də bacarmadı..

Dünən axşam futbol üzrə Azərbaycan milli komandası 2013-cü ildə ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Berti Foqtsun yetirmələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Özbəkistan millisi ilə yoxlama matçı keçirib. Bakı vaxtı ilə saat 18.00-da başlanan görüşdə hesab açılmayıb. Qeyd edək ki, millimiz Dubayda növbəti yoxlama oyununu fevralın 6-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə