Peşəkar boks üzrə Asiya, WBO, WBCA, WBC dünya kəmərlərinin sahibi, həmyerlimiz Rauf Ağayev fevralın 9-da Moskvanın "Krılya Sovetov" idman kompleksində revanş döyüşünə çıxacaq. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, fevralın 1-də yola düşəcək idmançımız təlim-məşq prossesini Bakıda məşqçıləri Mahir Musayev, Yadigar Məmmədov və Zahid Əliyevin rəhbərliyi altında keçirib.
Söhbət zamanı Rauf ötən ilin noyabr ayında üzərində tam qələbə qazandığı Yüriy Voroninlə müdafiə döyüşünə yüksək səviyyədə hazırlıq keçdiyini bildirib. Bu işdə onunçün hər cür şərait yaradıldığını qeyd edən həmyerlimiz özünü bu döyüşə tam hazır saydığını, kəməri müdafiə etmək üçün var qüvvəsini sərf edəcəyini, bununlada hər bir azərbaycanlının qürur mənbəyi olan Azərbaycan bayrağını bur daha ucaldacığını bildirib.
Əlavə edək ki, Rauf Ağayev dəfələrlə respublika, beynəlxalq turnirlərində uğurla çıxış edərək yarışların qalibi və mukafatçisı olub.
Həmyerlimiz Asiya, WBO, WBCA, WBC dünya kəmərlərinin sahibidir. İlk dəfə Azərbaycana WBC dünya kəmərini Rauf Ağayev qazandırıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB