"Qarabağ" qış fasiləsində daha bir transfer həyata keçirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın "Anderlext" klubunun braziliyalı yarımmüdafiəçisi Reynaldo do Santos Silva ilə müqavilə bağlayacağı gözlənilir. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında məlumatı təsdiqləyib. O qeyd edib ki, R.Silva bu gün İstanbulda tibbi baxışdan keçib. "Hazırda Silvanın müqavilə ilə məxsus olduğu "Anderlext"lə danışıqlar gedir. Böyük ehtimalla onun komandamıza transferi baş tutacaq". Qeyd edək ki, Silva müxtəlif vaxtlarda "Vesterlo", "Brügge" komandasında çıxış edib. Onun son klubu "Anderlext" olub. Bu mövsüm o, Anderlextdə bir oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB