U-14 Azərbaycan kuboku turnirində ¼ final mərhələsinin oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Neftçi" PFK yarımfinala vəsiqə uğrunda görüşdə "Bakı" FK ilə qarşılaşıb. "Neftçi" oyunun gedişində hesabda geri olsa da, əzmkarlıq göstərərək 2 topluq fərqi aradan qaldırıb - 2:2. Hər iki qolu Pilağa Mehdiyev vurub. Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatdığından qalib 11 metrlik cərimə zərəbələrindən sonra müəyyənləşib. Penaltilər seriyasında isə "Neftçi" 4:2 hesablı qələbə qazanaraq, yarımfinala adlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB