02-03 fevral 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının yarımfinal və final mərhələləri keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarımfinala vəsiqə qazanmaq üçün peşəkarcasına mübarizə aparan, çempionatın çətinlik və sürət yarışları üzrə II mərhələsinə keçən idmançılar bu mərhələdə Rusiya, Gürcüstan, İran və başqa ölkələrin idmançıları ilə birgə yarışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB