Xəbər verildiyi kimi, Bakı şəhərində keçirilmiş boks üzrə respublika çempionatında astaralı boksçu Elvin Qəmbərov 81 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. Siasport.az saytının məlumatına görə, yarımfinalda Olimpiya Oyunlarının iştirakçısı, dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Vətən Hüseynliyə xal hesabı ilə məğlub olan astaralı idmançının çıxışları boks üzrə milli komandamızın məşqçilərinin diqqətini cəlb edib və o, respublika yığma komandasına dəvət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB