Gənclər və idman naziri Azad Rəhimov və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "Atletiko" Madrid klubunun rəhbərliyi ilə görüşüblər. Siasport.az saytının məlumatına görə, klubun "Visente Kalderon" stadionunda yerləşən ofisini ziyarət edən qonaqlar "Atletiko"nun idarə heyətinin sədri Migel Angel Hil Marin və klub idarəçilərinin müşayiəti ilə stadionu gəziblər. Möhtəşəm infrastrukturu ilə seçilən arenalardan biri sayılan "Visente Kalderon" stadionunun quruluşu və texniki göstəriciləri ilə maraqlanan "Bakı" prezidenti ardından məşqə çıxan "Atletiko" futbolçuları ilə görüşüb.
İspaniya kuboku uğrunda 1/2 final qarşılaşmasının ilk oyununa çıxacaq "Atletiko"lu oyunçularla söhbətləşən Hafiz Məmmədov məsuliyyətli oyun öncəsi "Atletiko"nun məşqçi heyəti və futbolçularına uğurlar arzulayıb.
Klub muzeyi ilə tanış olan Hafiz Məmmədov 100 ildən artıq tarixi olan "Atletiko" klubunun qazandığı trofeylər və tarixi eksponatlarla yaxından maraqlanıb.
Görüşün sonunda "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov media nümayəndələrinin suallarını cavablandırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB