"Neftçi" PFK-nın düşərgəsinə gələn klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında, klub rəsmiləri və məşqçilər korpusunun iştirakı ilə iclas keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda komandanın hazırlıq prosesi və transfer məsələləri ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul edilib:
1. "Neftçi" PFK-nın futbolçusu Cavid İmamverdiyev və digər gənc yerli futbolçularla bağlı transfer danışıqları mövsümün sonuna saxlanılsın.
2. Çilili futbolçu Xose Kabionla 6+1 il müddəti şəklində müqavilə imzalansın.
3. Tibbi baxış nəticəsində diz nahiyyəsində zədə aşkarlanması səbəbindən ispaniyalı futbolçu Pedro Perikonun transferi məqsədəuyğun hesab edilməsin.
4. "Neftçi" PFK-nın qapıçı transferi ilə bağlı danışıqları 03.02.2013-cü il tarixinə kimi yekunlaşsın və müvafiq qapıçının transferi həll olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB