Droqba komandasını 1/4 final mərhələsinə daşıdı!

Droqba komandasını 1/4 final mərhələsinə daşıdı!

Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti qarşılaşma keçirlilib. Siasport.az saytı xəbər verir ki, Fildişi Sahilləri yığması, Əlcəzairlə qarşılaşmada 2:2 hesablı bərabərliyə imza ataraq, 1/4 final mərhələsinə adlayıb. İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan Didye Droqba qarşılaşmanın 77-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Bundan başqa, 80-ci dəqiqədə Vilfred Bonyunun qolu sayəsində hesabı bərabərləşdirən Fildişi Sahilləri yığması, adını növbəti mərhələyə yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə