Bu gün Bakı Milli Aviasiya Akademiyasının İdman Kompleksində ağır atletika üzrə Azərbaycan birinciliyi başlayıb. Siasport.az saytının məlumatına görə, yarışda 1996-1998-ci il təvəllüdlü, həmçinin 1999-cü il və daha kiçik yaşlı idmançılar qüvvəsini sınayırlar.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən birincilikdə Bakı və respublikanın bütün regionlarında fəaliyyət göstərən idman cəmiyyətlərinin və idman klublarının 200-dək yetirməsi iştirak edir.
Fevralın 2-dək davam edəcək yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB