Əbülfəs Qarayev: "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər"

Əbülfəs Qarayev: "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər"

Xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm, biznes və idman sahələri təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir.
Sərgidə akkreditasiya olunmuş jurnalistlərin suallarını cavablandıran nazir Əbülfəs Qarayev "Bakı" futbol klubunun fəaliyyətini yüksək dəyərləndirərək, bunun bütün Azərbaycan üçün faydalı olduğunu bildirib.

Nazir "Bakı" futbol klubu və "Atletiko" Madrid arasında əldə olunan anlaşma və "Bakı"nın FİTUR sərgisində iştirakı ilə bağlı fikirlərini açıqlayıb: "Çox şadam ki, "Bakı" futbol klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Gördüyünüz kimi, Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada "Bakı" futbol klubunun da özünəməxsus payı var.
"Bakı" futbol klubunun "Atletiko" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsində aid deyil, eyni zamanda həyatımızın digər sahələrində də öz əksini tapır.
Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır. Bu, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. "Bakı" futbol klubunun FİTUR sərgisinə qatılması, "Atletiko" Madrid kimi dünya klubunun da buna dəstək verməsi ölkəmizə olan marağı daha da artırmış olur.
"Atletiko" futbolçularının FİTUR sərgisində Azərbaycana dəstək ziyarəti samballı addımdır və bunun effektinin yüksək olacağını artıq indidən söyləmək olar. Arzu edərdim ki, digər idman qurumlarımız da "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə