"Xəzər Lənkəran" dördüncü yoldaşlıq oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komandanın rəqibi Moldovanın yüksək liqa təmsilçisi "Zimbru" klubu olub. "Xəzər Lənkəran"ın bütün sınaq oyunları kimi, bu matç da leysan altında keçib.
Qarşılaşmanın ilk hissəsində cənub təmsilçisi oyununu tapa bilməyib. Hücum qurmağa bir neçə cəhd edilsə də, bu, bir nəticə verməyib və həmin həmlələrin qarşısı rəqib tərəfindən alınıb. "Zimbru" isə daha cəld davranıb və sürətli əks hücum qurmaqda çətinlik çəkməyib. Bunun nəticəsində 18-ci dəqiqə "Xəzər Lənkəran" qapısında qol görüb. Həmin qolun əvəzini isə təmsilçimiz oyunun 85-ci dəqiqəsində çıxa bilib. Adrian Pit rəqib qapıçısı ilə təkbətək çıxaraq topu tora qovuşdurub. Görüşün son dəqiqələrində yenidən hücuma keçən "Xəzər Lənkəran" ikinci qolunu vuraraq hesabda önə çıxıb. Gökhanın gözəl zərbəsini "Zimbru"nun qapıçısı dəf edib və qayıdan topu düşərgədə baxışda olan qvatemalalı hücumçu Henri Lopez təkrar zərbə ilə qapıdan keçirib. Beləliklə, matç 2:1 hesabı ilə "Xəzər Lənkəran"ın xeyrinə başa çatıb.
Cənub təmsilçisi meydana bu heyətlə çıxıb: Orxan Sadıqlı, Elnur Allahverdiyev, Manuel Skarlatake, Vanderson Skarduelli, Alvaro Silva, Adrian Pit, Marin Orsuliç, Elnur Abdullayev, Uğur Pamuk, Dimitrios Sialmas və Gökhan Güleç.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB