Millimizin oyunlarını idarə edəcək hakimlər bəlli olub

Millimizin oyunlarını idarə edəcək hakimlər bəlli olub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futbol üzrə Azərbaycan milli komandasının keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, hər iki oyunu Birləşmiş Ərəb Əmirliklərini təmsil edən FIFA referiləri idarə edəcəklər.
Azərbaycan - Özbəkistan yoxlama oyununun baş hakimi Əmmar Əl Cunabi olacaq. Ona Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif və Abdulla Əl Ajel kömək edəcək.
Azərbaycan - Lixtenşteyn yoldaşlıq görüşü baş hakim Abdulla Əl Ajelə həvalə olunub. Baş hakimin köməkçiləri Həsən Sukatri, Yasim Abdulla və Hamed Əl Şaik olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə