"Real" - "Barselona" duelində qalib olmadı!

"Real" - "Barselona" duelində qalib olmadı!

Futbol üzrə İspaniya Kral Kubokunda yarımfinal mərhələsinə start verilib. Siasport.az saytının məlumatına görə, ilk oyun günüdə 1 qarşılaşma baş tutub. İki əzəli rəqib olan Madrid "Real"ı və "Barselona" "Santyaqo Bernabeu"da üz-üzə gəliblər. Dünyanın ən böyük derbisi gözlənilənlərin tam əksinə olaraq maraqsız və sönük şəkildə keçib. Maraqlıdır ki, bu derbidə nə Leonel Messi, nə də Kriştiyanu Ronaldo fərqələnə bilməyiblər. Qonaqlar 50-ci dəqiqədə Fabreqasla önə keçsələr də, 83-cü dəqiqədə Varane hesabda tarazlıq yaradıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İspaniya Kral Kuboku

Yarımfinal (ilk oyunlar)

30 yanvar

"Real Madrid" "Barselona" - 1:1

31 yanvar

01:00. Atletico - Sevilla

Bütün xəbərlər Facebook səhifəmizdə