Pulsuz paraplan təlimləri başlayır

Pulsuz paraplan təlimləri başlayır

"İrəli" İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən "Ekstrim klub" gənclər üçün pulsuz paraplan təlimlərinə başlayır. Siasport.az saytının məlumatına görə, nəzəri məşğələlər "İrəli" İB-nin ofisində, praktiki məşğələlər isə şənbə və bazar günləri Bakıətrafı ərazilərdə təşkil olunacaq.
Praktiki dərslərə yalnız nəzəri məşğələləri keçmiş iştirakçılar buraxılacaqlar.
Təlimlərə qatılmaq üçün sağlamlıq haqqında arayış, iştirakçının anket vərəqi, şəxsiyyət vəsiqəsinin surəti və 3x4 ölçüdə iki ədəd fotoşəkil tələb olunur.
Maraqlananlar sənədləri (sağlamlıq haqqında arayışdan əlavə) fevralın 3-dək [email protected] ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə