Yevlağın ən yaxşıları müəyyənləşdi

Yevlağın ən yaxşıları müəyyənləşdi

Yevlax Rayon Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında cüdo idman növü üzrə şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, cüdo idman növünün inkişaf etdirilməsi, yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirməsi məqsədi ilə təşkil olunan yarışda 50 yeniyetmə idmançı gücünü sınayıb.
Qalib idmançılara gənclər və idman idarəsinin diplomları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə