Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Qens Park Reycens"lə qarşılaşan "Mançester Siti", zəif rəqibi qarşısında uğurlu nəticə göstərə bilməyib. 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyən Mançester şəhərinin təmsilçisi, meydandan qolsuz bərabərliklə ayrılıb. Bundan başqa, "Nyukasl" "Aston Villa" ilə qarşılaşmada 2:1 hesablı qələbəyə sevinib. "Stok Siti" isə "Viqan"la 2:2 hesablı bərabərliyə razılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB