"İnter"in cüdoçuları beynəlxalq festivalda uğur qazanıblar

"İnter"in cüdoçuları beynəlxalq festivalda uğur qazanıblar

"İnter" PİK-in cüdoçuları Yunanıstanda uşaq və yeniyetmələr arasında keçirilən beynəlxalq festivalda iştirak ediblər. Siasport.az saytının məlumatına görə, Saloniki şəhərində təşkil olunmuş yarışda klubun üç cüdoçusu uğur qazanıb. Belə ki, Nihad Xudulu, Rəvan Şahbazi və Məhəmməd Allahverdiyev bütün rəqiblərinə qalib gələrək turnirin qalibləri oldular.

İdmançılar festivaldan sonrakı iki gündə turnirin bütün iştirakçıları üçün təşkil olunmuş təlim-məşq toplanışına da qatılıblar.

Qeyd edək ki, cüdoçular yanvarın 30-da Bakıya qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə