"İnter" yoxlama görüşündə qalib gəldi

"İnter" yoxlama görüşündə qalib gəldi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "İnter"in U-17 komandası ikinci yoxlama görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, Gürcüstanın Tbilisi şəhərinin 35 nömrəli UGFM-sinin U-17 komandası ilə üz-üzə gələn Arif Əmirxanovun yetirmələri bu matçda 3:2 hesablı qələbə qazanıblar. "İnter"in heyətində Roman Məmmədov iki qola imza atıb. Rəqibin qapısına vurulan digər qolun müəllifi isə Məhəmməd Məmmədov olub.

Qeyd edək ki, toplanış çərçivəsində keçirilən ilk yoxlama oyununda "İnter" "Antalyaspor" klubunun U-17 komandası ilə qarşılaşıb və həmin oyun qolsuz heç-heçə ilə başa çatıb.

Komandanın təlim-məşq toplanışına yanvarın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə