Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin əvəzedici komandası hazırlıq çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Rusiyanın "Zenit" (0:3) və "Dinamo" (0:0) kollektivlərinin ardından "qırmızı-qaralar" İsveçrənin "Sent-Qallen" klubu ilə üz-üzə gəlib.
Matçın ilk yarısında topa nəzarət edən tərəf "Qəbələ" olsa da, komandanı əks-hücumlarda yaxalayan isveçrəlilər iki dəfə fərqlənməyə imkan tapıblar və birinci hissə "Sent-Qallen"in 2:0-lıq üstünlüyü ilə tamamlanıb.
İkinci yarıya oyunçu dəyişiklikləri ilə çıxan "Qəbələ" hissə boyunca diktə edən tərəf olub. Lakin "qırmızı-qaralar"ın hücumları yalnız bir dəfə qolla nəticələnib. Rey Məmmədbəyli 70-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib. "Qəbələ" final fitinə qədər təzyiqi davam etdirsə də, matçda başqa qol olmayıb və komanda Antalyada keçirdiyi 3-cü oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədə son yoxlama oyununu fevralın 1-i keçirəcək. Sözügedən görüşdə "Qəbələ" Ukraynanın "Karpatı" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB