İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunan Didye Drioqba, yeni açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Fildişi sahillərindən olan ulduz futbolçu, İstanbul klubunda çıxış etmək üçün yamanca səbirsizlənir: "Qalatasaray" 18 dəfə ölkə çempionu olub. 2000-ci ildə UEFA kubokunu qazanıb. Hazırda Super Liqada da lider vəziyyətdədir. Çempionlar Liqasında "Şalke" ilə qarşılaşacaq. Çempionlar Liqası mənim üçün xüsusi bir turnirdir. İstanbulda azarkeşlərlə görüşmək və tarixi klubu görmək üçün səbirsizlənirəm. "Qalatasaray" mənim üçün yeni bir macəra olacaq" - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB