Bu gün "Xəzər Lənkəran" klubu ispan futbolçu Alvaro Silva Linareslə 1,5 illik müqavilə imzalayıb. Siasport.az saytının məlumatına görə, 28 yaşlı Alvaro Anatalyada komandanın düşərgəsinə baxışa gələn ilk futbolçulardandır. Bu müddət ərzində keçirilən məşqlərdə və onun iştirak etdiyi 1 yoldaşlıq oyununda ispan futbolçu özünü kifayət qədər etibarlı müdafiəçi kimi göstərə bilib.
Alvaro Silva Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın "Malaqa", daha sonra icarə əsasında "Xerez" klubunda, 2009-2011-ci illərdə İspaniyanın "Cadiz" klubunda və 2011-2012-ci illərdə Rumıniyanın "Petrolul Ploesti" klubunda oynayıb. Alvaro Silva Linaresin son komandası İspaniyanın "Xerez" klubu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB