Xəbər verdiyimiz kimi, güləş üzrə qadınlardan ibarət yığma komandamıza Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəsifəsində çalışan Yaqub Məmmədov yeni baş məşqçi təyin olunub. Siasport.az saytının məlumatına görə, bu gün Olimpiya Güləş Mərkəzində keçirilən açıq məşqdə mütəxəssis mediaya açıqlama verib. Baş məşqçi ona etimad göstərdiyinə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib: "Federasiya rəhbərliyi etimad göstərərək yanvarın əvvəlində məni qadınlardan ibarət yığma komandanın baş məşqçisi təyin etdi. Buna görə rəhbərliyə minnətdarlığımı bildirirəm. 15 gündən artıqdır ki, yığma komanda ilə çalışırıq".
Mütəxəssis komandada müəyyən problemlərin olduğunu qeyd edib: "XXX Yay Olimpiya Oyunlarından sonra komandada müəyyən problemlər olub. Aparıcı güləşçilərimiz Mariya Stadnik, Yuliya Radkeviç, Nadejda Semetsova analıq məzuniyyətinə çıxıblar. Beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən azərbaycanlı güləşçiləri yığmaya dəvət etmişəm və elan etmişəm ki, yığma komanda bütün idmançılarımızın üzünə açıqdır.
Sona Əhmədli iki dəfə zədələnib. Federasiya onun sağalması üçün yaxşı addılar atıb. İdmançı cərrahiyə əməliyyatına göndərilib. Hazırda sağalıb və bərpa dövrü keçir. O, 20 gün xalça üzərində məşqlərini davam etdirsə, Avropa çempionatına qatıla biləcək".
Baş məşqçi komandada görüləcək işlərdən də danışıb: "İki həftə ərzində komandanın bazasını yaratdıq, fiziki hazırlıq üzrə işlər görüldü. Hazırda texniki hazırlıq üzərində çalışırıq.
Komandada yüksək əhval-ruhiyyə yaratmaq lazmdır. Liderlərin olmadığı özünü göstərməməlidir. Bəzi idmançılar prsixoloji durğunluqdan çıxmalıdır.
Onlara nəzəri dərslər də keçirik, psixoloji cəhətdən ruhlandırırıq. İdmançılara başa salırıq ki, əsas liderlərin olmaması onların özlərini göstərməsinə daha da şərait yaradır.
Çatışmazlıqları bu günlərdə aradan qaldırmalıyıq. Həftənin sonunda komanda normal idman formasında olmalıdır ki, ilk turnirdə öz sözünü desin və Avropa çempionatında iştirak edəcək heyət müəyyənləşsin".
Mütəxəssis komandanın qarşıda hansı yarışlara qatılacağını açıqlayıb: "İlk olaraq Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Bundan sonra Aleksandr Medvedin şərəfinə təşkil olunacaq turnirdə dəyişkən heyətlə mübarizə aparacağıq. Bu yarışdan sonra isə Avropa çempionatına hazırlaşacağıq və orada iştirak edəcəyik. Dünya çempionatında komandamız 1-8 yerləri qazanmadığı üçün bu il Dünya Kubokunda iştirak etməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB