Qadın güləşçilərin açıq məşqində nələr baş verdi?

Qadın güləşçilərin açıq məşqində nələr baş verdi?

Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandası bu gün mətbuat üçün açıq məşq keçirib. Siasport.az saytının məlumatına görə, hazırlıq Olimpiya Güləş Mərkəzində təşkil olunub. İdmançılar yüngül qaçış və isinmə hərəkətlərindən sonra texniki məşqlərə başlayıblar. Komandamızın aparıcı üzvlərindən olan Sona Əhmədli komandadan ayrı, fərdi məşqlərlə kifayətlənib. Güləşçimiz əməliyyat keçirdiyinə görə bərpa prosesi keçir.

Yığmamızın digər bir neçə üzvü isə (Mariya Stadnik, Yuliya Radkeviç, Nadejda Semetsova və s.) analıq məzuniyyətində olduğuna görə, millimizə beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş yeni idmançılar dəvət olunub.

Qeyd edək ki, qadın yığmamızın yeni baş məşqçisi də media nümayəndələrinə təqdim olunub. O, Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəsifəsində çalışan Yaqub Məmmədovdur.

Mütəxəssisin fikirlərini və məşqdən fotosessiyanı saytımızda dərc edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə