Bakının ən yaxşıları müəyyənləşdi

Bakının ən yaxşıları müəyyənləşdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində 1994-95 və 1996-97-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Bakı şəhərində yerləşən 6 idman cəmiyyəti və klubları təmsil edən 226 idmançı (88-i qızlardır ) iştirak edib. Yarış atletika idman növünə daxil olan 60, 200, 400, 800, 1500 m məsafəyə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə təşkil olunub.

Birincilikdə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə