"Kəpəz" növbəti yoxlama oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, komandanın rəqibi Neftçalanın eyniadlı klubu olub. Görüş "Dalğa Arena"da reallaşıb. Qarşılıqlı hucumlar və gərgin idman mübarizəsi şəratində keçən oyunda bir qol vurulub. "Kəpəz"də baxışda olan futbolçulardan Elgiz Kərimli matçın sonlarına az qalmış komandasına son nəticədə qələbə gətirən qola imza atıb.
Qeyd edək ki, bu matç "Kəpəz"in yoxlama oyunları çərçivəsində sayca üçüncü görüşü olub. Komanda bundan əvvəlki oyunlarda aşağı liqada çıxış edən "Qaradağ Lökbatan" və "İnter"in əvəzedici heyəti ilə qarşılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB