Ən yaxşı buzadırmananlar ruslar oldular FOTO

Ən yaxşı buzadırmananlar ruslar oldular FOTO

İtaliyanın Rabenştayn şəhərində keçirilən 5 mərhələli buzadırmanma üzrə Dünya Kubokunun 3-cü mərhələsi başa çatıb. Siasport.az saytının məlumatına görə, nüfuzlu beynəlxalq yarışda Azərbaycan idmançıları da güclərini sınayıblar.

İlk gün "çətinlik" və "sürət" növləri üzrə kvalifikasiya yarışları, "sürət" növünün final mərhələsi, növbəti gün isə "çətinlik" növü üzrə yarımfinal və final yarışları keçirilib.

Kişilər arasında "sürət" növündə 8 ölkədən 39 idmançının iştirakı gözlənilsə də, yarışlara cəmi 35 idmançı qatılıb. Qadınlar arasında isə "sürət" növündə 8 ölkədən 17 idmançı iştirak edib.

Bütün yarışların qalibləri Rusiya yığma komandasının idmançıları olublar.

"Sürət" növü üzrə yerlər:

Qadınlar:

Krasavina Mariya (Rusiya)

Oleynikova Yuliya (Rusiya)

Filippova Məryam (Rusiya)

Kişilər:

Qulyayev Pavel (Rusiya)

Tomilov Aleksey (Rusiya)

Trapeznikov Eqor (Rusiya)

Sürət növündə Azərbaycan idmançılarının göstəriciləri:

Leyla Əliyeva– 11-ci yer

Əli Abdullayev– 22-ci yer

Mövsüm Şirəliyev– 35-ci yer

Rauf Zeynalov– 33-cü yer

"Çətinlik" növü üzrə qaliblər:

Qadınlar:

Anqelika Rayner (İtaliya)

Vun Şin Seon (Koreya)

Mariya Tolokonina (Rusiya)

Kişilər:

Maksim Tomilov (Rusiya)

Park Xi Yonq (Koreya)

Aleksey Tomilov (Rusiya)

"Çətinlik" növü üzrə yekun prokokollar bugün açıqlanacaq. Hazırki məlumatlara görə, ən yüksək nəticələr Azərbaycan idmançıları arasında Əli Abdullayeva məxsusdur.

Qeyd edək ki, iki həftə sonra Rumınıyada Dünya Kubokunun 4-cü mərhələsinə start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə