Gəncənin I Diviziondakı təmsilçisi olan "Tərəqqi" yoxlama oyunu keçirib. Siasport.az saytının məlumatına görə, gəncəlilər "Simurq"un əvəzedici heyəti ilə qarşılaşıb. Gəncə şəhər stadionunda reallaşan görüşü milli dərəcəli hakim Rəşad Abbasovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Tərəqqi"dən qolları Orxan Əlibalayev və Ülvi Aslanov rəqib qapısından keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB