"Qəbələ" "Petrolul"la oynayacaq

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində 4-cü yoxlama oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, "İnqolşdadt" (3:4), "Volın" (2:1) və "Metallurq"un ardından "qırmızı-qaralar" Rumıniya "Petrolul"u ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Əsası 1952-ci ildə qoyulan Rumınıya klubu indiyədək fərqli adlar altında ölkə çempionatlarında çıxış edib. Ölkənin ən titullu komandalarından hesab olunan "Petrolul" hazırda Rumıniya I Liqasında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə