"Xəzər Lənkəran”la ”Fənərbaxça” arasında müzakirə

"Xəzər Lənkəran”la ”Fənərbaxça” arasında müzakirə

"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Martorell dünən klubun fəxri prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə İstanbulda Türkiyənin köklü klublarından olan "Fənərbaxça"nın prezidenti Aziz Yıldırım və baş məşqçisi Aykut Kocaman ilə görüşüb. Siasport.az saytının məlumatına görə, tərəflər birlikdə "Fənərbaxça" klubunun aşağı yaş qrupu komandasının "Qalatasaray"a qarşı keçirdiyi matçı izlədikdən sonra dəyirmi masa ətrafında "Xəzər Lənkəran" və "Fənərbaxça" arasında sıx əməkdaşlıq məsələlərini müzakirə ediblər. O cümlədən qarşıda futbolçu mübadiləsi haqqında məsələ də görüşün əsas müzakirə mövzusu olub.

Gələcəkdə bu cür görüşlərin mütəmadi keçiriləcəyi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə