“Sumqayıt”ın nümyəndəsi “Trabzonspor”da təcrübə keçir

“Sumqayıt”ın nümyəndəsi “Trabzonspor”da təcrübə keçir

"Sumqayıt" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bir neçə gündür Türkiyənin Trabzon şəhərində səfərdədir. Siasport.az saytının məlumatına görə, səfərin məqsədi R.Məmmədovun "Trabzonspor" klubunda media işi ilə bağlı təcrübə toplamağıdır. "Trabzonspor"un bazası Mehmet Ali Yılmaz təssislərində yerləşən media ofisində olan klub nümayəndəsi "bordo-mavililər"in rəsmi jurnalının baş kordinatoru Serdal Şahin, komandanın media nümayəndələri Alaatin Kazancı və Nuri Bekarla görüşərək onların iş sistemi ilə tanış olub. R.Məmmədov "Avni Aker" stadionunda Türkiyə kuboku çərçivəsində keçirilmiş "Trabzonspor" - "Mersin İdman Yurdu" oyununu da canlı izləyib.

Qeyd edək ki, R.Məmmədov bir müddət öncə təcrübə keçmək üçün "Fənərbağça" və "Beşiktaş"ın da media nümayəndələri ilə görüşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə