Araz Abdullayev: "Rəqiblərimizdən daha baxımlı oyun göstərdik"

Araz Abdullayev: "Rəqiblərimizdən daha baxımlı oyun göstərdik"

Antalya hazırlığını davam etdirən "Neftçi" PFK-nın futbolçusu Araz Abdullayev açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, məşqlər barədə danışıb: "Fikrimcə hazırlığın ilk mərhələsi uğurlu alındı. Məşqlərdə səylə çalışdıq və yoxlama oyunlarında bunun faydasını gördük. Qələbə qazanmaqla yanaşı, hər üç görüşdə rəqiblərimizdən daha baxımlı oyun göstərdik. Sabahdan hazırlığın ikinci mərhələsinə başlayırıq. Məqsədimiz çempionluqdur və bunun üçün dayanmadan çalışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə