Julius Vobay: "Azarkeşlərimiz çempiona layiq oyun və nəticə görəcək"
"Neftçi"nin futbolçusu Julius Vobay hazırlıq barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, futbolçu məşqlərdən sonra komandanın daha da güclənəcəyini qeyd edib: "Düşərgəmizdə əla abu-hava var. Fiziki yükləmələrdən sonra iki gün yaxşı dincəlmək imkanımız oldu. İkinci mərhələdə əsasən taktiki çalışmalarımız olacaq və bundan sonra komanda şəklində daha güclü oyun nümayiş etdirəcəyik. Bilirik ki çempionatda çıxışımız buradakı hazırlığımızdan asılıdır. Biz çempion komandayıq və azarkeşlərimiz bu mövsüm də bizim simamızda çempiona layiq oyun və nəticə görəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB