"Xəzər Lənkəran"da yeni transfer

"Xəzər Lənkəran"da yeni transfer

"Xəzər Lənkəran" Futbol Klubu heyətinə yeni futbolçu cəlb edib. Siasport.az saytının məlumatına görə, klub xorvatiyalı Marin Orsuliçlə bu gün 2 illik müqavilə imzalayıb. Orsuliç "Xəzər Lənkəran"da dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.

25 yaşlı Marinin son oynadığı klub NK Zaqreb futbol klubu olub. O, bu klubun şərəfini 2005-ci ildən qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə