Azərbaycan konkisürənləri Avropa çempionatında

Azərbaycan konkisürənləri Avropa çempionatında

Xəbər verdiyimiz kimi, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü çempionatda qısa proqramla çıxış edib və 60,93 xal toplayaraq beşinci yerdə qərarlaşıb.
Növbəti mərhələyə yüksələn iyirmi cütlük yanvarın 25-də keçiriləcək sərbəst rəqsdə özlərini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə