"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi

"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Sərəncamını nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi" I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edir.

Əsas şərtlər:

Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.

İştirakçılara yaş məhdudiyyəti qoyulmur.

Bir müəllif ən çox 5 iş təqdim edə bilər.

Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.

Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin ağ-qara həlli

- loqotipin rəngli həlli

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))

- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Siasport.az saytının məlumatına görə, təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

· I yer - 5000 AZN

· II yer (laureat) - 3000 AZN

· III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə