Millimiz 3 yoxlama oyunu keçirəcək

Millimiz 3 yoxlama oyunu keçirəcək

Xəbər verdiyimiz kimi, yanvarın 22-dən etibarən futzal üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışındadır. Siasport.az saytının məlumatına görə, millimiz hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Futzalçılarımız yanvarın 28-də, saat 18:00-da və yanvarın 29-da, saat 19:00-da Rusiyanın U-21 yığması, yanvarın 31-də, saat 13:00-da isə "Norilski Nikel" klubu ilə qarşılaşacaq. Oyunlar "Akvarium" İdman Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə